Ronaldodan ilk oyun paylaşımı “Bu iş hələ bitməyib”

18.06.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2026-nın qrup mərhələsinin ilk turunda DR Konqo ilə oyundan sonra paylaşım edib.

Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu "X" hesabında nəticəni belə şərh edib:

“İstədiyimiz başlanğıc olmadı, amma bu iş hələ bitməyib. Başımızı dik tuturuq və növbəti oyuna fokuslanırıq”.

Qeyd edək ki, Portuqaliya K qrupunun ilk turunda DR Konqo ilə 1:1 hesablı heç-heçə edib. Ronaldo oyuna start heyətində başlayıb, lakin qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Portuqaliya qrupda növbəti matçlarını Özbəkistan və Kolumbiyaya qarşı keçirəcək.

“Beşiktaş”dan Lukumi həmləsi – “Bolonya” 20 milyon istəyir Ronaldo DÇ-yə iddialı gəldi – “Ümid və inamla buradayıq” Oçoa karyerasını bitirir – DÇ-2026-dan sonra vida “Fənərbaxça”nın rəqibi bəlli oldu - İlk oyun İstanbulda Bernardo Silva "Real"da - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью