Ronaldodan Konqo ilə oyunda Bərbad statistika

17.06.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ronaldodan Konqo ilə oyunda - Bərbad statistika

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2026-nın K qrupunda Konqo Demokratik Respublikası ilə keçirilən oyunda (1:1) mənfi statistik göstərici ilə yadda qalıb.

QOL.az bu haqda “Whoscored”a istinadən xəbər verir.

41 yaşlı futbolçu qarşılaşma ərzində topa cəmi 25 dəfə toxunub.Bu, 90 dəqiqə meydanda olan Portuqaliya futbolçuları arasında ən zəif göstərici olub.

Ronaldudan daha az topa toxunan futbolçular olsa da, onların hamısı sonradan meydana daxil olublar. Belə ki, Bernardo Silva 45 dəqiqədə 23, Nelson Semedu 19 dəqiqədə 16, Rafael Leau 19 dəqiqədə 13, Qonsalu Ramuş isə 8 dəqiqədə cəmi 3 toxunuş edib.

Müqayisə üçün qeyd edək ki, Portuqaliya millisinin qapıçısı Dioqu Koşta topa 36 dəfə toxunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью