Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”

12.10.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Portuqaliya millisinin və “Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo “Real”ın hücumçusu Kilian Mbappenin oyun üslubu barədə danışıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı futbolçu CNN Portugal-a açıqlamasında fransalı hücumçunun mərkəz hücumçusu mövqeyində oynamaqda çətinlik çəkdiyini bildirib.
“Düşünürəm ki, mərkəz hücumçusu mövqeyində oynamaq Mbappe üçün çətindir. Çünki bu, onun təbii mövqeyi deyil. Madriddə olsaydım, ona 9 nömrə kimi oynamağı öyrədərdim. Mən də əvvəllər mərkəz hücumçusu deyildim, amma zamanla bu mövqeyə uyğunlaşdım.
Mbappe gözlənilməz futbolçudur.Sürətlidir, güclüdür və qəfil ortaya çıxa bilir. O, daim cərimə meydançasında dayanıb cinahlardan ötürmə gözləyən və başla qol vurmağa çalışan klassik mərkəz hücumçusu ola bilməz.
O, cərimə meydançasına arxadan daxil olmalıdır. Mən bunu etmişəm, Mbappe də bacara bilər. Hətta bunu etməlidir”.
Qeyd edək ki, Kriştiano Ronaldo 2009–2018-ci illərdə Madrid “Real”ının formasını geyinib. Kilian Mbappe isə 2024-cü ilin yayında PSJ-dən İspaniya nəhənginə keçib.

Palmer daha 8 il “Çelsi”də - RƏSMİ Günün oyunları bu kanallarda - TV AFİŞA Super Liqa klubunda yeni təyinat - RƏSMİ Türkiyə millisində Montella dövrü başa çatdı – RƏSMİ “Barselona”nın ulduzu “Qalatasaray”la oyunu buraxacaq? – Flik açıqladı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью