Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Lionel Messi ilə bağlı suala verdiyi cavabla diqqət çəkib.
Metbuat.az xəbər verir ki, o, 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistan üzərində qazanılan 5:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Görüşdə iki qol vuran 41 yaşlı hücumçu matçın əsas qəhrəmanlarından biri olub. Son günlər ünvanına səslənən tənqidlərə münasibət bildirən Ronaldo bunları deyib:
"Mənə təqaüdə çıxmağımı dedilər, amma mən hələ də buradayam. Kənardan həmişə səslər gəlir, amma biz bunu idarə edə bilmərik. Davam edirik və birik. Allah çox çalışanlara kömək edir. Çətin və qaranlıq bir həftə idi. Elə bir hiss yarandı ki, sanki artıq futboldan təqaüdə çıxmışam, amma həmişə olduğu kimi dik durdum. Çünki mən futboldan daha çox zəhmətə inanıram."
Mətbuat konfransında Ronaldoya əzəli rəqibi Lionel Messi ilə bağlı da sual ünvanlanıb. Portuqaliyalı ulduz isə bu mövzuda danışmaq istəməyərək, qısa şəkildə "Növbəti suala keçək" cavabını verib.