Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Lionel Messinin Argentina milli futbol komandasında yazdığı tarix əbədi yaşayacaq.
Axar.az xəbər verir ki, bunu sözləri portuqaliyalı əfsanəvi futbolçu Kristiano Ronaldo İnstaqram şərhində yazıb.
"Leo, sən uzun illər ölkən və əbədi yaşayacaq bir tarix üçün mübarizə apardın. Argentina milli komandası ilə qazandığın uğurlara görə sənə hörmətimi bildirirəm. Bağrıma basıram", - deyə Ronaldo bildirib.
Qeyd edək ki, "İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina millisindəki karyerasını başa vurub.