futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldo atasını itirən argentinalı ulduz Lionel Messiyə dəstək olub.
Futbolpress.az xəbər verir ki, avqustun 8-də 68 yaşlı Xorxe Messi ağır xəstəlikdən sonra dünyasını dəyişib. Avqustun 12-də isə Lionel Messi itkisi ilə bağlı sosial şəbəkədə ilk paylaşımını edib.
Ronaldo Messinin həmin paylaşımının altında şərh yazaraq başsağlığı verib:
“Bu çətin məqamda səni və sevdiklərini bərk-bərk qucaqlayıram, Lionel… Güclü ol ❤️?”.