Ronaldodan milli açıqlaması

07.10.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ronaldodan milli açıqlaması

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yığmadakı karyerasını başa vurmadığını açıqlayıb.

QOL.az xəbər verir ki, o, vida matçı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Komandanın düşərgəsini qalmaqalla tərk edən 41 yaşlı forvard yığmadan birdəfəlik ayrılmadığı dilə gətirib. Ronaldo qeyd edib ki, vaxtı çatanda milli komanda ilə bir və ya bir neçə vida oyunu keçirəcək.

“Bütün azarkeşlərimə, xüsusilə də portuqaliyalılara söz verə bilərəm ki, bunun üçün vaxtı gələndə bir və ya bir neçə vida matçımız olacaq”, - deyə o bildirib.

Ronaldo əlavə edib ki, klubunda yaxşı formada olduğu və qol vurduğu müddətdə Portuqaliya millisinin xidmətində olacaq: “Həmişə olduğu kimi, milli komandada oynamaq və qalib gəlmək istəyirəm. Bu, saf həqiqətdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью