Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25.06.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Meksika millisinin qapıçısı Gilermo Oçoa Kriştiano Ronaldo ilə aralarında keçən maraqlı dialoqdan danışıb.

Apasport.az xəbər verir ki, təcrübəli qolkiper portuqaliyalı ulduzun zarafatından söz açıb.

Oçoa bunları deyib:

"Kriştiano məndən soruşdu ki, "Oçoa, neçə yaşın var?" Dedim ki, 40 yaşım var. O isə cavab verdi ki, "Mən səndən daha yaşlıyam, amma daha gənc görünürəm". (gülür)

"Kriştiano möhtəşəm dostdur. Dünya çempionatında onun üçün ən yaxşısını arzulayıram".

Qeyd edək ki, Gilermo Oçoa 40, Kriştiano Ronaldo isə 41 yaşındadır. 

DÇ-2026 ona düşərli oldu: İzləyici sayı milyonları keçdi “Real”dan Ruben Diaş həmləsi: RAZILIQ ƏLDƏ OLUNDU “Çelsi” gənc müdafiəçiyə Sərvət ödəyəcək Oyarzabal “Real Sosyedad”dan getmir: “Bura mənim evimdir” DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью