Ronaldodan şok açıqlama: Barselonada oynaya...

04.02.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Kristiano Ronaldo "Barselona"da oynaya bilərmiş.

Bakıvaxtı.az Offsideplus.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz müsahibəsində bu sözləri deyib:

"Mançester Yunayted"dən əvvəl "Barselona"da oynaya bilərdim. "Sportinq"də çıxış edirdim, "Barselona" məni transfer etməyə çalışdı. Məni 1 il sonra istəyirdilər. Amma "Mançester Yunayted" təklif göndərdi". 

Qeyd edək ki, hazırda "Əl Nəsr" formasını geyinən Kristiano Ronaldo karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Real Madrid", "Yuventus" klublarında çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью