futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldo UEFA Millətlər Liqasında Danimarkaya qarşı keçiriləcək matçdan öncə yığmanın təlim-məşq düşərgəsini tərk edib.
Futbolpress.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. 41 yaşlı hücumçu Kopenhagendəki “Parken” stadionunu Portuqaliya Futbol Federasiyasına məxsus mikroavtobusla tərk edib və komandanın məşqinə qatılmayıb. Təcrübəli vingerin şəxsi təyyarəsi ilə Madridə yola düşəcəyi bildirilir.
Hadisədən əvvəl baş məşqçi Xorxe Jezus Ronaldo ilə heç bir münaqişəsinin olmadığını, lakin onun Danimarka ilə görüşdə meydanda olmayacağını açıqlamışdı. Ulduz futbolçu Millətlər Liqasının 1-ci turunda Uelsə qarşı əsas heyətdə başlayaraq 67-ci dəqiqədə əvəzlənmiş, Norveçlə səfər matçını (2:1) isə sonadək ehtiyat skamyada izləmişdi.
Düşərgəni tərk etməzdən öncə Ronaldonun baş məşqçi Xorxe Jezus və bu məsələ üçün xüsusi olaraq Kopenhagenə gələn Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa ilə xüsusi görüş keçirdiyi vurğulanır.