Ronaldodan sonra ən yaxşısı oldu

21.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Barselona”nın braziliyalı hücumçusu Rafinya La Liqanın ilk 7 turunda göstərdiyi yüksək məhsuldarlıqla diqqət mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, təcrübəli vinger cari mövsümdə keçirdiyi ilk 7 çempionat matçında 12 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

Bu performans onu La Liqanın ilk 7 turundakı məhsuldarlıq göstəricisinə görə Kriştiano Ronaldodan sonra ikinci pilləyə çıxarıb. Portuqaliyalı ulduz 2014/15 mövsümündə “Real”ın (Madrid) heyətində ilk 7 tur ərzində 13 qol vuraraq rekord müəyyənləşdirmişdi.

Cənubi amerikalı futbolçu uğurlu seriyasını UEFA Çempionlar Liqasında da davam etdirir. O, Liqa mərhələsinin ilk turunda “Feyenoord”a 5:1 hesabı ilə qalib gəldikləri oyunda 2 qolla yadda qalıb.

2022-ci ilin yayında İngiltərənin “Lids” klubundan transfer olunan Rafinya “Barselona” ilə müqaviləsinin müddətini 2030-cu ilin iyununa qədər uzadıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью