futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Real” İspaniya La Liqasında “Valensiya”nı məğlub edib – 4:0.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin fransalı hücumçusu Kilian Mbappe görüşdə iki qol vurub. Bu, onun komandadakı 44 və 45-ci qolu olub.
Mbappe həm də La Liqada ardıcıl 8 oyundur, qol vurur. O, portuqaliyalı hücumçu Kriştiano Ronaldodan sonra bunu bacaran birinci futbolçudur.