Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Kristiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” klubunun sahibi olmağa hazırlaşdığı iddia edilib.
Demokrat.az xəbər verir ki, portuqaliyalı ulduzun da daxil olduğu 5 nəfərlik konsorsium klubu 500 milyon dollara almaq üçün Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF) ilə danışıqlar aparmağa hazırlaşır.
Kristiano Ronaldonun da daxil olduğu 5 nəfərlik investor qrupunun “Əl-Nəsr”i satın almaq üçün hərəkətə keçdiyi bildirilir. İddialara görə, Ronaldoya “Milan” klubunun sahibi Cerri Kardinale ilə yanaşı İbrahim əl-Muheydib, Məhəmməd əl-Xurayci və Şərəf əl-Hariri də qoşulub.
Konsorsiumun klubu Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondundan (PIF) almaq üçün ümumilikdə 500 milyon dollarlıq təklif hazırladığı qeyd edilib.
Beş investorun hər birinin layihəyə 100 milyon dollar sərmayə qoymasının planlaşdırıldığı bildirilib. Əməliyyat baş tutacağı təqdirdə, Kristiano Ronaldo “Əl-Nəsr”də həm futbolçu, həm də klub ortağı olacaq.
Tərəflər arasındakı prosesin yaxın müddətdə sürətlənəcəyi gözlənilir. Növbəti 48 saat ərzində konsorsiumun nümayəndələri ilə PIF rəhbərliyi arasında həlledici görüşün keçiriləcəyi və bu görüşün satınalma təşəbbüsünün gələcəyini müəyyənləşdirəcəyi bildirilir.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, portuqaliyalı ulduzun da daxil olduğu 5 nəfərlik konsorsium klubu 500 milyon dollara almaq üçün Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF) ilə danışıqlar aparmağa hazırlaşır.