Ronaldodan yeni mövsümdə 3 oyuna 2 qol

29.08.2026

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Kriştiano Ronaldo bu mövsüm keçirdiyi üç oyunun ikisində fərqlənib.

Sportal.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu bu gün Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda “Əl-Taavun”la oyunda (2:1) qol vurub. Bundan əvvəl, 21 avqustda “Əl-Riyad”la qarşılaşmada da hesabına bir qol yazdırmışdı.

25 avqustda “Əl-İttifaq”a qarşı keçirilən matçda isə Ronaldonun hesabında nə qol, nə də məhsuldar ötürmə olub. Həmin oyunda “Əl-Nəsr” 3:2 hesabı ilə qalib gəlib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью