“Ronaldonu İstanbulun gözəlliyindən başqa heç nə maraqlandırmaz” Mourinyo

06.12.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun İstanbul klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda “Beşiktaş”a qarşı keçiriləcək derbi matçından öncəki mətbuat konfansında danışıb: 

“Birinci səbəb odur ki, mənə hücumçu lazım deyil. Kriştianu həmişə Kriştianudur, amma ona ehtiyacım yoxdur. Çünki hücumçularımdan razıyam. Ronaldo Səudiyyə Ərəbistanında yaxşı pul qazanır və hədəfi 1000-ci qolu vurmaqdır. Kriştianunu İstanbulun gözəlliyindən başqa heç nə maraqlandırmaz”.

Qeyd edək ki, daha əvvəl mətbuatda Mourinyonun Ronaldoya şəxsən zəng edərək onu “Fənərbaxça”ya dəvət etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью