Ronaldonun böyük oğlu keçmiş komandasında oynayacaq

25.03.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Əl-Nəsr" hücumçusu Kriştiano Ronaldonun böyük oğlu "Real Madrid" akademiyasına qoşula bilər.

Ölkə.Az "The Athletic"ə istinadən xəbər verir ki, 15 yaşlı Ronaldo Jr. artıq "Real Madrid"in U16 komandası ilə məşqlərdə iştirak edib.

Gənc futbolçu hazırda "Əl-Nəsr" gənclər komandasında oynayır.

41 yaşlı Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi və milli komandasının, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun tarixində ən çox qol vuran oyunçudur.

Futbolçu "Əl-Nəsr"ə 2022-ci ilin dekabrında qoşulub. O, əvvəllər "Sporting CP", "Manchester United", "Juventus" və "Real Madrid" klublarında oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью