Ronaldonun bu görüntüsü gündəm oldu Video

21.11.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqaliya millisinin və "Əl-Nəsr"in ulduzu Kristiano Ronaldo hərbi nizam-intizamı xatırladan həyat tərzi ilə tanınır. Lakin o, yaxın vaxtlarda fərqli bir hadisə ilə gündəmə gəlib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, əvvəllər məşhur içki markasını kənara itələyib şirkətin səhmlərinin düşməsinə səbəb olan ulduz futbolçu bu dəfə enerji içkisi içərkən görüntülənib.

Hadisə İrlandiya - Portuqaliya matçından əvvəl "Aviva" stadionunun tunelində çəkilib və sosial şəbəkələri bir-birinə qatıb. İntizam rəmzi hesab olunan Ronaldonun enerji içkisi içməsinə hər kəs heyrətlənib. Şok, ironiya, müdafiə - müxtəlif fikirlər olub.

Problem ondadır ki, içki portuqaliyalıya uğur gətirməyib. O, ilk dəfə yığmanın oyununda qırmızı alıb. Portuqaliya millisi isə 0:2 hesabı ilə uduzub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью