futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
FIFA İntizam Komitəsi Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonu cəzalandırıb.
Futbolpress.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə matçda birbaşa qırmızı vərəqə alan hücumçu ikisi şərti olmaqla üç oyun cəzalanıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ronaldo artıq cəzasını çəkib. O, mundialın seçmə mərhələsinin son turunda Ermənistanla oyunda (9:1) meydana çıxmayıb.