Ronaldonun Corcinası bacısı ilə fotolarını sildi, blokladı: Nə baş verir?

06.11.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez ilə bacısı İvana bir-birindən küsüb.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Bacılar sosial şəbəkələrdə bir-birləri haqqında yazılanları tamamilə siliblər. Bildirilir ki, qızlar bir-birini təqib etməyi dayandırıb və blok ediblər. Həmçinin Ronaldonun nişanlısının səhifəsində İvana ilə birgə fotolar silinib.

"Mən Corcina" serialının pərəstişkarlarının sözlərinə görə, İvana 3-cü mövsümdə demək olar ki, yoxdur.

Küsülülüyün hansı səbəbdən yarandığı bilinmir.

Publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью