Ronaldonun dəyəri kəskin düşdü 120 milyondan...

04.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kriştiano Ronaldonun bazar dəyəri yenilənib.

Apasport.az xəbər verir ki, "Transfermarkt" portuqaliyalı hücumçunun qiymətini aşağı salıb.

Yeni dəyərləndirməyə əsasən, “Əl-Nəsr”in ulduz futbolçusunun bazar dəyəri 10 milyon avroya düşüb. Bu, 41 yaşlı futbolçunun karyerasındakı ən aşağı göstəricilərdən biridir.

Ronaldonun Transfermarkt-da ən yüksək bazar dəyəri 120 milyon avro olub. Portuqaliyalı ulduz bu göstəriciyə “Real”da çıxış etdiyi dönəmdə çatıb.

Buna baxmayaraq, Ronaldo Səudiyyə Ərəbistanı çempionatında ən dəyərli futbolçular sırasında qalır. O, hazırda liqanın ən bahalı futbolçuları arasında 26-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Kriştiano Ronaldo 2025/2026 mövsümündə “Əl-Nəsr”lə Səudiyyə Ərəbistanı çempionu olub. Portuqaliyalı hücumçu mövsümü 28 qolla başa vurub. Bu göstərici ilə o, çempionatın bombardirləri siyahısında ilk üçlükdə yer alıb.

Sadettin Saran 2 il 6 ay həbs cəzasına məhkum edilib "Arsenal"ın yeni transfer hədəfi: BARKOLA ÜÇÜN 80 MİLYON AVRO Dünya çempionatında su qadağası: FİFA-dan yeni qərar 2006-dan 2026-ya uzanan yol: 736 futbolçudan yalnız 4-ü qaldı Fabreqas onu da İtaliyaya gətirir: "REAL"DAN NÖVBƏTİ TRANSFER
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью