Ronaldonun dostu futbolu aşağıladı

23.01.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

UFC-nin rəhbəri Dana Uayt futbol haqqında sərt fikirlərini bir daha gündəmə gətirib. O, bu idman növünü ən az istedad tələb edən sahə kimi qiymətləndirdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Uayt bu fikri ilk dəfə təxminən 15 il əvvəl səsləndirdiyini xatırladıb.

Onun sözlərinə görə, futbolun məhz bu səbəbdən çox erkən yaşlardan oynanıldığını düşünür. UFC rəhbəri bildirib ki, böyük qapılara baxmayaraq hesabların tez-tez 1:1 olması da onun arqumentini gücləndirir.

Dana Uayt futbolu hokkeylə müqayisə edərək, bu idman növündə fiziki və texniki tələblərin qat-qat yüksək olduğunu vurğulayıb. Onun fikrincə, hokkeyçilər yüksək sürətlə buz üzərində hərəkət edir, kiçik qapılara qol vurmağa çalışır və daim ciddi zədə riski ilə üz-üzə qalırlar.

Uayt eyni zamanda bildirib ki, futbolçulara qarşı şəxsi hörmətsizliyi yoxdur. O, xüsusilə Kriştianu Ronaldu ilə çox yaxşı münasibətlərinin olduğunu və ona böyük hörmət bəslədiyini qeyd edib. Bununla belə, UFC rəhbəri futbolun sadəcə öz zövqünə uyğun olmadığını açıq şəkildə etiraf edib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью