Ronaldonun dublu qələbə qazandırdı

02.11.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Premyer Liqasında növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, 7-ci turda rəqib "Əl-Feyha" olub.

Oyun "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılamada hesabı qonaq komanda açsa da, Ronaldo 2 qol (37, 90+14 pen.) vuraraq komandasına 3 xal qazandırıb.

Bu qələbədən sonra "Əl-Nəsr"  21 xalla turnir cədvəlinə başçılıq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью