Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Kriştiano Ronaldonun karyerasını başa vurmasından sonra Portuqaliya millisində onunla eyniləşən “7” nömrəli formanın yeni sahibi müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, “Lusa” agentliyinin məlumatına görə, UEFA-nın matç protokoluna əsasən, Belçikanın “Brügge” klubunda çıxış edən 22 yaşlı hücumçu Karlos Forbs noyabrın 14-də Danimarkaya qarşı keçiriləcək Millətlər Liqası matçında “7” nömrəli forma ilə meydana çıxacaq. Bu təyinat daimi xarakter daşımır və yalnız sözügedən qarşılaşma üçün nəzərdə tutulub. Forbs daha əvvəl 2025-ci ilin noyabrında Ermənistanla görüşdə (9:1) debüt edəndə də cəzalı olan Ronaldunun yoxluğunda bu formanı geyinmişdi.
Portuqaliya Futbol Federasiyası isə Danimarka ilə oyunda 2003–2026-cı illərdə yığmada 234 matç keçirib 146 qol vuran, Avropa çempionluğu və iki dəfə Millətlər Liqasını qazanan sabiq kapitanını xüsusi yad edəcək. Belə ki, futbolçular isinmə hərəkətlərinə “7” nömrəli formalarla çıxacaq və görüşün 7-ci dəqiqəsində Ronaldoya ehtiram nümayiş etdiriləcək.