Ronaldonun gələcək üçün planı bilindi

11.11.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kriştiano Ronaldo karyerası ilə bağlı gözlənilməz qərar verərək “Əl-Nəsr”də qalmaq və müqaviləsini uzatmaq qərarına gəlib.

Futbolpress.az xəbər verir ki, TCR nəşrinin məlumatına görə, 41 yaşlı portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə sözləşməsini daha iki mövsüm uzatmağı planlaşdırır. Ötən dövr ərzində komanda ilə yalnız daxili çempionatın qalibi olan Ronaldo Asiya Çempionlar Liqasını qazanmaq və 2029-cu il Klublararası Dünya Çempionatına qatılmaq istəyir.

Daha əvvəl gələn yay karyerasını bitirəcəyi ehtimal olunan ulduz oyunçu, həmçinin müqaviləsi 2027-ci ilə qədər olan komanda yoldaşı Joao Feliksi də klubda qalmağa inandırmağa çalışır.

Xatırladaq ki, cari mövsümdə “Əl-Nəsr”in heyətində 12 matça çıxan Kriştiano 9 dəfə rəqib qapısına yol tapıb. O, həmçinin bu yaxınlarda Portuqaliya milli komandasındakı karyerasını başa vurdoğunu açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью