Ronaldonun klubunda maliyyə problemi yaranıb

15.07.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəssr” klubunda maliyyə problemi yaranıb.
"Football-plus.az" xəbər verir ki, bu səbəbdən komandanın bəzi futbolçularına iyun ayı üzrə maaşlar tam ödənilməyib. Klub rəhbərliyi yaxın günlərdə bütün ödənişləri tamamlamaq üçün çalışır.
Maliyyə problemləri transfer planlarına da təsir edib. Belə ki, “Əl-Nəssr” rəhbərliyi xorvatiyalı yarımmüdafiəçi Marselo Brozoviçin ayrılığından sonra onun yerinə əcnəbi futbolçu transfer etmək niyyətində olsa da, proses müvəqqəti dayandırılıb.
Xatırladaq ki, “Əl-Nəssr” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью