Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

27.07.2025

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib.


Sfera.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsində paylaşım edib.
 

Transferin ilkin dəyəri 30 milyon avro olacaq, lakin bonusları nəzərə alsaq, bu məbləğ 50 milyon avroya qədər arta bilər.
 

Qeyd edək ki, portuqaliyalı futbolçu 2024-cü ilin yayında "Atletiko Madrid"dən "Çelsi"yə keçib.
 

Hücumçu ötən mövsümün ikinci hissəsini icarə əsasında "Milan"da keçirib. Onun London klubu ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər idi.

Transfermarkt portalına görə, Feliksin dəyəri 20 milyon avrodur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью