Ronaldonun komandasında ciddi itki

08.10.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Ronaldonun komandasında ciddi itki

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyun öncəsi ciddi müdafiə problemi ilə üzləşib.

QOL.az xəbər verir ki, Ər-Riyad təmsilçisi sabah “Əl-Diriyah” ilə qarşılaşacaq. "Goal" nəşrinin məlumatına görə, “Əl-Nəsr”in baş məşqçisi Ange Postekoğlu bu matçda iki əsas müdafiəçidən yararlana bilməyə bilər.

Abdulelah Əl-Amri Səudiyyə Ərəbistanı millisinin “Khaleeji 27” turnirində iştirak etdikdən sonra yorğunluq səbəbindən hazırda komandaya tam qoşula bilmir. Mohamed Simakan isə əzələ dartılması səbəbindən keçirdiyi zədədən sonra dünən komanda ilə qismən məşq etsə də, oyuna tam hazır deyil.

Hər iki futbolçu bu gün tibbi müayinədən keçəcək. Bundan sonra onların “Əl-Diriyah”la matçda start heyətində oynayıb-oynamayacağı müəyyənləşəcək.

Qeyd edək ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 16 xalla 3-cü pillədə qərarlaşıb. 

Bizi İnstaqramda izləmək üçün kliklə!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью