Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunda “Əl-Nəsr” - “Əl-Hilal” derbisinin keçiriləcəyi stadion dəyişdirilə bilər.
QOL.az xəbər verir ki, dekabrın 11-də baş tutacaq görüşün “Əl-Əvvəl Park” əvəzinə Kral Fəhd stadionunda keçirilməsi planlaşdırılır. Beləliklə, müvafiq qərar 2027-ci il Asiya Kubokuna hazırlıq işləri çərçivəsində arenanın ot örtüyü, işıqlandırma, ekranlar, azarkeşlərin giriş-çıxışı və kütlə idarəetməsi ilə bağlı hazırlığını sınaqdan keçirmək məqsədi daşıyır.
Qeyd edək ki, Kral Fəhd stadionunda Asiya Kuboku çərçivəsində 4 oyun, o cümlədən final qarşılaşmasının keçirilməsi nəzərdə tutulur. Bildirilir ki, “Əl-Nəsr”in ev sahibi komanda kimi bütün üstünlüklərinin qorunacağı vurğulanıb.
Xatırladaq ki, 2027-ci il Asiya Kuboku yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında keçiriləcək. Turnirdə 24 milli komanda iştirak edəcək.