Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ötən gecə DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə görüşdə (0:2) qırmızı vərəqə alıb.
QOL.az xəbər verir ki, bu, 40 yaşlı hücumçunun milli komanda karyerasında ilk belə cəzasıdır.
Ronaldo rəqibinin kürəyinə dirsəyi ilə vurduğuna görə matçın 59-cu dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Əvvəlcə görüşün baş hakimi ona sarı vərəqə göstərsə də, VAR-a baxdıqdan sonra qərarını dəyiyəşərək ulduz futbolçunu oyundan kənarlaşdırıb.
Beləliklə, Ronaldo milli komandada 227-ci oyununda ilk dəfə olaraq qırmızı vərəqə ilə cəzalandırılıb. Onun ən azı qarşıdakı bir oyunu buraxacağı dəqiqdir. Bu isə seçmə mərhələsinin son görüşü - Ermənistanla qarşılaşmaya təsadüf edəcək. Oyun noyabrın 16-da Portuqaliyada olacaq.