Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”

05.10.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa Kriştiano Ronaldo ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.

Apasport.az xəbər verir ki, federasiya rəhbəri 41 yaşlı futbolçunu tarixin ən yaxşısı adlandırıb və onun yığmadakı gələcəyi ilə bağlı mövqeyini açıqlayıb.

“Kriştiano Ronaldo tarixin ən yaxşı futbolçusudur. O, ömrünün 20 ildən artıq vaxtını Portuqaliya futboluna həsr edib və Portuqaliyanın əsas simvollarından biridir.

Onun milli komandada olması tamamilə haqqıdır. Çünki futbolçu kimi səviyyəsi buna imkan verir və bunu heç kim inkar edə bilməz. Hazır olduğu müddətdə bu komandanın bir hissəsi olaraq qalacaq”.

Proensa Ronaldo ilə yığmanın baş məşqçisi Jorje Jezuş arasında yaşananlara da toxunub:

“Kriştiano ilə Jorje Jezuş arasında baş verənlər sadəcə anlaşılmazlıqdır. Bu məsələ öz aramızda həll olunmalıdır.

Kriştiano milli komandanın bir hissəsidir. O, bizim ikonamızdır və son dörd oyunun ikisində komandanı kapitan kimi meydana çıxarıb”.

Federasiya prezidenti Ronaldonun Portuqaliya millisinə bağlılığını da xüsusi vurğulayıb:

“Kriştiano Ronaldo Portuqaliyanın simvoludur və müstəsna futbolçudur. O, dünya çempionatından sonra karyerasını başa vura bilərdi. Amma milli komandaya sevgisinə görə bunu etmədi. Onun Portuqaliya xalqı və milli komanda ilə necə güclü bağının olduğunu şəxsən bilirəm.

Artıq dörd oyun başa çatıb. İndi sakit şəkildə bir araya gəlib bu anlaşılmazlığı həll etmək üçün vaxtımız var.

Kriştiano bizim tariximizin bir hissəsidir. Baş məşqçi onu komandada görmək istədiyi müddətdə o, həmişə burada olacaq”.

Qeyd edək ki, Ronaldo Jorje Jezuşla yaşanan fikir ayrılığından sonra Portuqaliya millisinin düşərgəsini tərk etmişdi. Təcrübəli futbolçu daha sonra baş verənlərlə bağlı həqiqəti zamanı gələndə açıqlayacağını bildirmişdi.

“Sabah”dan Kosovo klubuna Rafinya bütün rəqiblərini geridə qoydu Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью