“Ronaldonun milliyə qayıtmasını istəyirəm”

15.10.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Portuqaliya millisinin futbolçusu Vitinya komanda yoldaşı Kriştiano Ronaldonun yığmadan kənarlaşdırılmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi xarici mətbuata açıqlamasında bunları deyib:

“Ronaldonun milliyə qayıtmasını istəyirəm. Bütün komandamız bu fikirdədir. Ümid edirəm ki, hər şey qısa zamanda həll yolunu tapacaq”.

Ronaldo Portuqaliya Futbol Federasiyasının qərarı ilə yığmadan müvəqqəti uzaqlaşdırılıb. O, intizamsız davranışlarına görə bu cəzaya məruz qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью