Ronaldonun oğlu PENTA TRİK ETDİ

23.01.2025

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Portuqaliyalı hücumçu Kriştianu Ronaldonun oğlu Səudiyyə Ərəbistanının “Al-Nasr” gənclər komandasının heyətində penta-trik edib.

Publika.az xəbər verir ki, yanvarın 23-də “Al-Nasr” 15 yaşadək futbolçulardan ibarət milli çempionat çərçivəsində “Al-İttihad”la qarşılaşıb. Görüş 5:4 hesabı ilə kiçik Ronaldonun komandasının xeyrinə başa çatıb və komandasının 5 qolunun hamısını portuqaliyalı özü vurub.

14 yaşlı futbolçu "Al-Nasra" qədər “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”un akademiyalarında çıxış edib.

Hüseyn İbadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью