Ronaldonun oğlu üçün növbəti səviyyə

22.10.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kriştiano Ronaldonun oğlu Junior üçün yeni səviyyə müəyyən edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.
Junior ilk dəfə Portuqaliyanın U-16 yığmasına çağırılıb. Komanda 30 oktyabr - 1 noyabr aralığında Türkiyədə keçiriləcək Gənclik Kubokunda iştirak edəcək. Antalyada keçiriləcək turnirdə Portuqaliya eyni yaş qrupundan olan Türkiyə, İngiltərə və Uels komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Ronaldonun böyük oğlu bundan əvvəl U-15 yığmasında oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью