Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Lionel Messi Argentina yığmasının Anqola ilə keçirdiyi son yoldaşlıq oyununda (2:0) milli formada növbəti qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, 38 yaşlı hücumçu 82-ci dəqiqədə komandasının ikinci qolunun müəllifi olub. Messi bununla da karyerasında 11-ci dəfə bir təqvim ili ərzində 45 və ya daha çox qol vuran ikinci futbolçu olub. Bu göstəriciyə ilk dəfə çatan oyunçu portuqaliyalı Kriştiano Ronaldodu.
Argentina yığmasının kapitanı olan Messi 2005-ci ildə debüt etdiyi komandada 196 oyuna 115 qol vurub.