Ronaldonun rekorduna şərik oldu

25.01.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Robert Levandovski Çempionlar Liqasının rekordunu təkrarlayıb.

“Barselona”nın polşalı forvardı “Benfika” ilə matçda (5:4) iki dəfə penaltidən qol vurub. Bununlda onun turnirdə penaltidən vurduğu qollarının sayı 19-a çatıb. Levandovski bu göstəricidə hazırda “Əl-Nəssr”də çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldoya çatıb.
Qeyd edək ki, “İnter Mayami”də oynayan Lionel Messi Çempionlar Liqasında 18 dəfə penalti ilə qapıya yol tapıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью