Ronaldonun rekordunu təkrarladı

07.05.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Barselona"nın cinah oyunçusu Rafinya portuqaliyalı məşhur futbolçu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

QOL.az xəbər verir ki, o, bunu ötən gecə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçları çərçivəsində "İnter"lə görüşdə (3:4, ilk oyun - 3:3) fərqlənməklə bacarıb.

Rafinya turnirin cari mövsümündəki məhsuldar hərəkətlərinin sayını 21-ə çatdırıb (13 qol, 8 qol ötürməsi). Nəticədə o, "Real", "Sportinq", "Yuventus" və "Mançester Yunayted"in sabiq futbolçusu, hazırda "Əl-Nəsr"in formasını geyinən Kriştiano Ronaldonun rekoduna (17 qol, 4 qol ötürməsi) şərik çıxıb.

Bunun üçün Rafinyaya 14, Ronaldoya isə 11 oyun lazım olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью