Ronaldonun şəxsi təyyarəsində texniki nasazlıq yarandı

19.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Kriştiano Ronaldonun şəxsi təyyarəsi texniki nasazlıq səbəbindən Mançester hava limanından qalxa bilməyib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bildirilir ki, Ronaldonun 61 milyon funt sterlinq dəyərində olan Bombardier Global Express 6500 təyyarəsi ötən cümə günü hava limanına eniş edib. 

Təyyarənin təmir işləri bitənə qədər hava limanında qalacağı gözlənilir. Məlumata görə, mühəndislər təyyarənin şüşələrindən birində çat aşkarlayıblar və indi şüşənin dəyişdirilməsini gözləyirlər.

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью