Ronaldonun transfer iddiaları barədə ilk açıqlama

30.05.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Kriştiano Ronaldonun "Əl-Nəssr"dəki karyerası ilə bağlı müzakirələr davam edir.

Metbuat.az xəbər verir ki, “Əl-Nəssr”in idman direktoru Fernando Hierro portuqaliyalı ulduzu komandada saxlamaq istədiklərini bildirib. O, “Kriştiano bu ölkədə futbolu dünyaya açdı. O, fenomendir. Səudiyyə Ərəbistanı Liqasını dünyaya açacaq cəsarəti var. Bu, qeyri-adi dönüş nöqtəsidir. Onun transferindən sonra bura yüksək səviyyəli oyunçular gəldi” - deyə bildirib.

Qeyd edək ki, Kriştiano Ronaldonun "Əl-Nəssr"lə müqaviləsi mövsümün sonunda yekunlaşır. Onun “Əl-İttihad”a transfer olacağı irəli sürülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью