Ronaldonun vəziyyəti pisləşdi

16.04.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Portuqaliyalı hücumçu, "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 29-cu turunda "Əl İttifaq"a qarşı keçirilən oyunun gedişində özünü pis hiss edib.

Milli.Az xəbər verir ki, bu barədə "Əl-Nəsr"in baş məşqçisi Xorxe Jezus məlumat verib.

Onun sözlərini "Record" qəzeti yayıb.

Ronaldo oyunda 89 dəqiqə meydanda olub.

"Fasilədə onun mədə ilə bağlı problemləri yarandı. O, oyunu davam etdirməkdə israr etdi. Matçdan sonra paltardəyişmə otağına qayıtdıqda isə qusdu," - deyə Jezus bildirib.

Ayxan
Milli.Az
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью