Ronaldonun yeni müqaviləsinin detalları bəlli oldu

16.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Əl-Nassr"la bir illik müqavilə imzalamağa hazırlaşan Kriştiano Ronaldonun yeni qazancı heyrətə gətirib.

“Cebheinfo.az” xəbər verir ki, portuqaliyalı ulduzun həftəlik qazancı 3,8 milyon funt-sterlinq olacaq.

“Sky Sport” Kriştiano Ronaldunun yeni müqaviləsindən alacağı qonorarın detallarına toxunaraq onun gündəlik qazancının 543 min funt-sterlinq olacağını qeyd edib.

Belə ki, Kriştiano Ronaldonun hesabına hər dəqiqə 377 funt-sterlinq yatırılacaq.

Gün ərzində 8 saat yatdığını bildirən Ronaldo hesabına bu müddət ərzində 181 min funt-sterlinq daxil olacaq.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью