Ronaldonun yoxluğunda “Əl Nəsr” büdrədi

17.05.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı çempionatında 32-ci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, “Əl Nəsr” öz meydanında “Əl Tavon”la qarşılaşıb.

Kriştianu Ronaldo zədə səbəbindən ardıcıl ikinci matçda komandasına kömək edə bilməyib. Ötən matçdan fərqli olaraq, portuqaliyalının yoxluğunda bu dəfə “Əl Nəsr” qələbə qazana bilməyib.  

“Əl Nəsr” - “Əl Tavon” - 1:1
Qollar:
Otavio, 51 (1:0), Martinez Tobinson, 70 (1:1)

Bu heç-heçədən sonra xallarının sayını 64-ə çatdıran “Əl Nəsr” dördüncü pillədə qərarlaşıb. “Əl Tavon” isə 42 xalla səkkizincidir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью