futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Argentinalı futbolçu Lionel Messi açıqlama verib.
Futbolpress.az xəbər verir ki, “İnter Mayami”də çıxış edən hücumçu dünya çempionu olmağın xüsusiliyndən danışıb:
“Dünya çempionatını qazananda ilk dəfə yaşadığım hisslər oldu. Bunu təsvir etmək olmur. O qədər xüsusi və böyükdür.
Futbolçu üçün dünya kubokunu əldə etmək ən böyük nailiyyətdir. Bundan sonra arzu edəcəyin bir şey qalmır. Bu titulun mən, ailəm, dostlarım üçün nə qədər dəyərli olduğunu izah etmək olmur”.
Bir neçə gün əvvəl portuqaliyalı hücumçu Kriştiano Ronaldo jurnalist Prins Morqana müsahibəsində dünya çempionluğunun xüsusi bir şey olmadığını demişdi.
Messi 2022-ci ildə Argentina millisi ilə mundialın qalibi olub.