Ronaldu: 1 000ci qolumu vurmaq istəyirəm

12.11.2024

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu karyerası ərzində 1 000-ci qolu vurma ehtimalı haqqında danışıb.

Bu barədə “A Bola” nəşri xəbər yayıb.

"Açıq şəkildə bildirmişəm ki, 1 000-ci qolumu vurmaq istəyirəm. Bunu bacarsam, möhtəşəm olacaq. Amma bacarmasam da, hələ heç kim məndən çox qol vurmayıb", - Ronaldu bildirib.

Qeyd edək ki, hazırda futbolçunun karyerasında 908 qol var.

Ronaldu 2023-cü ilin 2 yanvarında Səudiyyə Ərəbistanının "Al-Nəsr" klubuna keçib, o müqaviləyə əsasən ildə 200 milyon avro maaş alır. Həmçinin, portuqalıyalı futbolçunun və ailəsinin əlavə bonuslar aldığı barədə məlumatlar yayılıb. Ronaldu "Manchester Yunayted" klubu ilə müqaviləsini baş məşqçi Erik ten Haqla gərgin münasibətlər səbəbilə pozmuşdu.

O, Səudiyyə Ərəbistanının cari çempionatında 9 oyun keçirib, 6 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью