Ronaldu 100 ü keçdi

21.01.2025

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl Nəsr" komandasının heyətində 100-cü qol əməliyyatını həyata keçirib.

Teleqraf.com xəbər verir ki, 40 yaşlı hücumçu yerli çempionatda XVI turun Əl Xalic"ə 3:1 hesabı ilə qalib gəldikləri görüşdə "dubl" edib.

Beləliklə, Ronaldu 83 qol və 18 məhsuldar ötürmə müəllifinə çevrilib. Bununla əlaqədar klubu futbolçunu "100 qol əməliyyatı, tarixin 1 dahisi" sözləri ilə təbrik edib.

Qeyd edək ki, Kriştianu Ronaldu "Əl Nəsr"in formasını 2023-cü ilin yanvarından geyinir. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью