Ronaldu 18 ildən sonra ilk dəfə bütün oyunu ehtiyatda keçirib

28.09.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Portuqaliya millisi bazar günü Millətlər Liqasında Norveç üzərində səfər qələbəsi qazanaraq azarkeşlərini sevindirib. Lakin Kriştianu Ronaldu qarşılaşmanın bütün 90 dəqiqəsini ehtiyat oyunçular skamyasında keçirib.

İdman.Biz xəbər verir ki, Ronaldu sonuncu dəfə Portuqaliya millisinin oyununda bütün görüşü ehtiyatda 8 iyun 2024-cü ildə keçirib. Lakin həmin vaxt Xorvatiyaya qarşı keçirilən qarşılaşma yoldaşlıq oyunu olub və rəsmi xarakter daşımayıb.

Beləliklə, Ronaldu rəsmi oyunlarda Portuqaliya millisinin heyətində bütün görüşü ehtiyatda sonuncu dəfə 18 il əvvəl keçirib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью