Ronaldu 930 cu qolunu vurdu

05.04.2025

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının futbolçusu Kriştianu Ronaldu karyerasında 930-cu qolunu vurub.

Teleqraf-ın məlumatına görə, 40 yaşlı hücumçu XXVI turun "Əl-Hilal"a qarşı səfər oyununun 47-ci dəqiqəsində fərqlənib.

Görüş "Əl-Nəsr"in qələbəsi ilə yekunlaşıb - 2:1.

Ronaldu karyerası ərzində klub səviyyəsində 794, Portuqaliya millisində 136 qol vurub. Cari mövsümdə o, bütün turnirlərdə 34 oyuna çıxıb, 29 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçunun "Əl-Nəsr"lə müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью