Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Səudiyyə Ərəbistanı Pro Liqasının 17-ci turunda "Ən-Nəsr" səfərdə "Damak"la üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların üstünlüyü ilə keçib. Artıq 5-ci dəqiqədə Ər-Riyad klubu hesabı açıb.
Əbdürrəhman Qərib fərqlənib. 50-ci dəqiqədə Komandanın kapitanı Kriştianu Ronaldu karyerasındakı 960-cı qoluna imza ataraq fərqi artırıb.
Meydan sahibləri bu qollardan birinin əvəzini çıxmağı bacarıblar. 68-ci dəqiqədə Camal Harkas qapını dəqiq nişan alıb - 1:2.
Bu nəticədən sonra paytaxt təmsilçisi xallarını 37-ə çatdıraraq, turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. "Damak" isə 11 xalla 15-cidir.
Liqaya 41 xalla "Əl-Hilal" başçılıq edir. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.