Ronaldu Benzemanın qoluna cavab versə də...

06.12.2024

Icma.az bildirir, Fanat portalına istinadən.

Səudiyyə Ərəbistanı Pro Liqasının 13-cü turunda Kərim Benzemalı "Əl-İttihad" Kriştianu Ronaldunun komandasını - "Əl-Nəsr"i qəbul edib.

Fanat.Az xəbər verir ki, Ciddədəki "Kinq Abdulla Sports Siti"də baş tutan oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı qarşılaşmanın 55-ci dəqiqəsində Benezema açıb. Ronaldu "Real Madrid"də komanda yoldaşının yoldaşı olmuş Kərimin qoluna 2 dəqiqə sonra cavab versə də, qonaqların daha artığına gücləri çatmayıb. "Əl-İttihad" 90+1-ci dəqiqədə Stiven Berqveynlə qələbə qoluna imza atıb. 

Qeyd edək ki, Pro Liqanın turnir cədvəlinə 13 oyuna 36 xal toplayan "Əl-İttihad" başçılıq edir. Eyni sayda oyun keçirən "Əl-Nəsr" isə 25 xalla 4-cü yerdədir.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью