Ronaldu ÇLdə dubl etdi, komandası...

25.11.2024

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün portuqaliyalı superulduz Kriştianu Ronaldunun formasını geyindiyi "Əl-Nəsr" Asiya Çempionlar Liqasının 5-ci turu çərçivəsində Qətərin "Əl-Qarafa" komandasının qonağı olub.

Fanat.Az xəbər verir ki, oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 46-cı dəqiqədə Ronaldu açıbsa, bir qədər sonra Qabriel Anjelo Səudiyyə Ərəbistanı təmsilçisinin üstünlüyünü artırıb. 39 yaşlı Kriştianu 64-cü dəqiqədə dublunu rəsmiləşdirərək karyerasının 913-cü qoluna imza atıb. 84-cü dəqiqədən azlıqda oynayan meydan sahiblərinin heyətində isə Xiselu fərqlənib.

Qeyd edək ki, Ronaldu futbol tarixində rəsmi matçlarda 913 qol vuran ilk futbolçudur.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью