Ronaldu DÇ 2026 ilə bağlı qalmaqallı paylaşımı bəyəndi

21.07.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu FIFA-nı korrupsiyada ittiham edən videonu bəyənib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı ulduzun bəyəndiyi videoda FIFA-nın korrupsiyaya yol verdiyi və Argentina millisinin DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində 2:1 hesablı qələbə qazanaraq finala yüksəlməsinə kömək etdiyi iddia olunur.

Qeyd edək ki, daha əvvəl də FIFA azarkeşlər və bəzi rəsmi şəxslər tərəfindən DÇ-2026 zamanı Argentinaya kömək etməkdə ittiham edilmişdi. Xüsusilə Misir millisinin vurduğu qolun hakimlər tərəfindən ləğv edilməsi bu iddiaların əsas səbəblərindən biri kimi göstərilib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью